Türkiyə ilə bu barədə razılığa gəldik – Tokayev

Türkiyə ilə bu barədə razılığa gəldik – Tokayev

Türkiyə Qazaxıstanın 10 ən böyük sərmayədarından biridir. Hazırda ümumi dəyəri 2,8 milyard dollardan çox olan 36 layihə üzərində iş gedir.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev Astanada Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşü zamanı deyib.

“Qardaş Türkiyə ilə əlaqələr strateji tərəfdaşlıq səviyyəsinə çatıb. Türkiyə Qazaxıstanın dörd aparıcı ticarət tərəfdaşından biridir. Ötən il ikitərəfli ticarət dövriyyəsi 54% artaraq 6,3 milyard dollara çatıb. Biz bu rəqəmi 10-a çatdırmaq barədə razılığa gəldik”, – Tokayev qeyd edib.

Teqlər: