Türkiyə ilə birgə Vətən müharibəsi ilə bağlı serial çəkilir

Türkiyə ilə birgə Vətən müharibəsi ilə bağlı serial çəkilir

Azərbaycan və Türkiyə Vətən müharibəsi ilə bağlı birgə serial çəkir.

AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında mədəniyyət nazirinin birinci müavini Elnur Əliyev deyib.

O bildirib ki, Vətən müharibəsi ilə bağlı serialın çəkilişləri Türkiyənin məşhur “Bozdağ film” studiyası ilə birgə həyata keçirilir: “Serialın ilkin olaraq səkkiz bölümdən ibarət olması nəzərdə tutulub. İşlər tamamlanmaq üzrədir. Hadisələri qabaqlamaq istəmirəm, amma onu deyim ki, birinci seriyanın bu il təqdimatı gözlənilir”.

E.Əliyev qeyd edib ki, artıq ekran əsərinin işçi adı da məlumdur: “Amma serialın adını açıqlamaq hələ tezdir. Çünki dəqiq deyil. Serial Türkiyə və Azərbaycanın birgə əməkdaşlığının nəticəsidir. Ekran əsərində türkiyəli və azərbaycanlı aktyorlar rol alacaq. Çalışacağıq ki, bu, əməkdaşlığımızın simvolu olsun”.

Məlumata görə, serialın ilk bölümü bu il noyabrın 8-də – Zəfər Günündə yayımlanacaq.

Qeyd edək ki, “Bozdağ film” studiyası Türkiyənin “Quruluş Osman”, “Dastan”, “Mehmetçik” və s. bir sıra məşhur seriallarının istehsalçısıdır.

Teqlər: