Türkiyə ilə Azərbaycan arasında ticarət dövriyyəsi 180 milyon dollar olub

2021-ci ilin mayında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 179,5478 milyon dollar təşkil edib ki, bu da ötən ilin mayı ilə müqayisədə 411 min dollar azdır.

Bu barədə AzerTimes-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

2021-ci ilin mayında Türkiyədən Azərbaycana ixrac 144 milyon dollar, Azərbaycandan idxal isə 35,548 milyon dollara bərabər olub.

Statistikaya əsasən, bu ilin yanvar-may aylarında Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə 292,422 milyon dollar artaraq 1,2 milyard dollar təşkil edib.

Hesabat dövründə Türkiyədən Azərbaycana ixrac 835 milyon dollar, Azərbaycandan idxal isə 365 milyon dollara bərabər olub.


Qeyd edək ki, 2020-ci ildə Türkiyə ilə Azərbaycanın ticarət dövriyyəsi 2019-cu illə müqayisədə 187,296 milyon dollar artaraq 2,221 milyard dollar təşkil edib.

İl ərzində Türkiyədən Azərbaycana ixrac 1,855 milyard dollar, Azərbaycandan idxal isə 366 milyon dollara bərabər olub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: