Türkiyə iki şirkətin neft-qaz kəşfiyyatı üzrə lisenziyasını uzadıb

Xəbər - Fidan Babayeva, tərcümə Orxan Nəbiyev – Trend:

Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Təşkilatı (EPDK) “Shell” və “Turcas Petrol” şirkətlərinə verilmiş neft-qaz kəşfiyyatı üzrə lisenziyaların müddətini uzadıb.

Trend bu barədə Türkiyə Enerfgetika və Təbii Ehtiyatlar Nazirliyinə istinadən məlumat verir.

Qeyd olunur ki, lisenziyaların müddəti 2036-cı il iyunun 28-dək uzadılıb.

“Shell” və “Turcas Petrol” şirkətləri neft və qaz kəşfiyyatı, neft məhsullarının istehsalı və emalı ilə məşğul olur.

Teqlər: