Prinsipial və konstruktiv siyasət nəticəsində Milli Kəşfiyyat İdarəmiz Amerika və Rusiya kəşfiyyat rəislərini Ankarada bir araya gətirdi.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun deyib.
“Regional və qlobal təhlükəsizliyə təhdidlərin müzakirə olunmasına şərait yaradıldı. Kəşfiyyat diplomatiyasının gözəl nümunəsi olan bu təşəbbüs Türkiyənin potensialını və sabitləşdirici gücünü bir daha nümayiş etdirdi”, – deyə Altun bildirib.
Qeyd edək ki, bir neçə gün əvvəl MKİ rəhbəri Uilyam Börns Ankara şəhərində Rusiya Xarici Kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkinlə görüşmüşdü.