Türkiyə “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlayacaq

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Müdafiə Sənayesi İcra Komitəsinin növbəti iclası keçirilib.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, iclasda Türkiyə Silahlı Qüvvələri və təhlükəsizlik birlikləri tərəfindən istifadə edilən yerli və milli sistemlərə yeni istehsal məhsullarının əlavə edilməsi ilə bağlı məsələlər müzakirə edilib.

İclasda ilk uçuşu 2023-cü ildə planlaşdırılan milli “HÜRJET” hərbi təyyarəsinin kütləvi istehsalına başlamaq barədə qərar qəbul edilib.