Türkiyə hökumətindən qəza ilə bağlı açıqlama

Türkiyə hökumətindən qəza ilə bağlı açıqlama

Mədəndə köməksiz vəziyyətdə qalan işçilərimizin xilas edilməsi üçün çevik tədbirlər görülməkdədir.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin Bartında kömür mədənində baş vermiş qəza ilə bağlı məlumatında deyilir.

“Qəzadan sonra olaya müdaxilə etmək məqsədilə dövlətimiz bütün qurumları qısa zamanda hərəkətə keçirdi, lazımi tədbirləri görməyə başladı”, – deyə bildirilib.

Həmçinin idarə qəza ilə bağlı operativ məlumatların mütəmadi olaraq yayımlanacağını açıqlayıb, rəsmi informasiyalar xaric heç bir iddia və spekulyasiyalara inanmamağa çağırıb.

Teqlər: