Sentyabrın 5-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin Beştəpədə toplantısı keçiriləcək.
AzerTimes xəbər verir ki, hökumət üzvləri 2 həftəlik fasilədən sonra yenidən toplanır.
Məlumata görə, iclasda daxili və xarici siyasətlə bağlı proseslər, Yunanıstanın Egeydə artan təhdidlərinə qarşı Türkiyənin atacağı addımlar müzakirə ediləcək.