Türkiyə hökuməti dağıdıcı zəlzələlərdən zərər çəkmiş cənub-şərqdəki 11 əyalətdə iki ay ərzində 309 min yeni evin tikintisinə başlayacaq.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin ekologiya və şəhərsalma naziri Murad Kurum deyib.
Qeyd edək ki, hazırda zəlzələ baş verən ərazilərdə yerli sakinlərin müvəqqəti yerləşdirilməsi üçün konteyner şəhərcikləri tikilir.