Türkiyə hərəkətə keçdi: Yunanıstanla bağlı məktub…

Türkiyə hərəkətə keçdi: Yunanıstanla bağlı məktub…

Türkiyə Yunanıstanla bağlı beynəlxalq təşkilatlara məktub ünvanlayıb.

AzerTimes xəbər verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlunun imzaladığı məktubda Yunanıstanla Egey dənizindəki mübahisəli məsələlərdən bəhs edilir.

Məktubda Egey dənizində ərazi sularının və milli hava məkanının eni, kontinental şelf və ərazi sularının məhdudlaşdırılması, şərq adalarının qeyri-hərbi statusunun pozulması kimi bir sıra problemlərin olduğu bildirilir. Həmçinin Egey dənizində Yunanıstanın suverenliyinə daxil olmayan adalar və qayaların olduğu vurğulanır.

Sənəd Avropa İttifaqının 25 üzv ölkəsinə, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinə, NATO-nun baş katibi Yens Stoltenberqə, BMT-nin baş katibi Antonio Quterreşə göndərilib.

Türkiyə hesab edir ki, Egey dənizi ilə bağlı məsələlər iki ölkənin əsas hüquq və qanuni maraqlarının qarşılıqlı tanınması ilə beynəlxalq hüquq çərçivəsində həll edilə bilər.

Teqlər: