Cənab Prezident Rəcəb Tayyib Ərdoğanın tapşırığı ilə Livandan vətəndaşlarımızı təxliyə edən və qardaş Livan xalqına humanitar yardım çatdıran gəmilər Beyrutu tərk edərək Mersinə doğru hərəkət edir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan X səhifəsində yazıb.
Fidan bildirib ki, İsrailin bölgədə başlatdığı müharibənin yaratdığı humanitar böhrana cavab olaraq, Türkiyə zərərçəkənlərə yardım göstərməyə davam edəcək və xaricdəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün bütün lazımi tədbirləri görəcək.
Qeyd edək ki, Türkiyə Livana humanitar yardım çatdırmaq və vətəndaşlarını təxliyə etmək üçün hərbi gəmilərini göndərmişdi.