Türkiyə Hərbi-Dəniz Qüvvələri üç dənizdə hərbi təlimlər keçirir (FOTO)

Türkiyə Hərbi-Dəniz Qüvvələri “Mavi Vətən 2022” adlı
genişmiqyaslı hərbi təlimlər keçirir.

Trend-in
məlumatına görə, təlimlər üç dənizdə – Qara dəniz, Egey və Aralıq
dənzilərində keçirilir.

Qeyd olunur ki, təlimlərdə müxtəlif xarakterli 122 hərbi gəmi,
41 təyyarə, helikopter və digər uçuş aparatları, eləcə də 12 min
hərbi qulluqçu qatılıb.

Təlimlərdə, həmçinin Türkiyə Quru Qoşunları və Jandarm
Qüvvələrinin mənsubları iştirak edir.

Türkiyə ordusunun “Aksungur” silahlı PUA-sından “smart raket”
atışını sınaqdan keçirəcəyi də bildirilib.