Türkiyə hərbçilərinin təxliyə edilməsi 24 və ya 36 saat ərzində tamamlana bilər.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın bildirib.
İ.Kalın bildirib ki, Türkiyə öz fəaliyyətini Kabul hava limanında davam etdirəcək: “Mülki mütəxəssislərimiz hava limanına öz dəstəyini vərə bilərlər. Bununla bağlı danışıqlar davam edir”.
Miqrantlarla bağlı mətbuat katibi bildirib ki, Türkiyə immiqrasiyanın qarşısını almaq üçün diplomatik əlaqələrini davam etdirir:
“Türkiyə immiqrasiya məsələsinə öz töhfəsini verdi. Türkiyə kiminsə mühacirət anbarı deyil. Qanunsuz immiqrasiya ilə mübarizə üçün yeni tədbirlər gördük”.