Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması bu gün TBMM-də müzakirə olunacaq

Türkiyə hərbçilərinin Azərbaycanda fəaliyyət müddətinin uzadılması barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzaladığı qanun layihəsi bu gün Böyük Millət Məclisinin (TBMM) iclasında müzakirə olunacaq.

AzerTimes-ın məlumatına görə, layihə Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərən hərbçilərin səlahiyyət müddətinin bir il uzadılmasını nəzərdə tutur.

Qeyd edək ki, 2020-ci il noyabrın 17-də Türkiyə Böyük Millət Məclisi Türkiyə Silahlı Qüvvələrinə Azərbaycana əsgər göndərmək üçün bir il müddətinə səlahiyyət vermişdi.

Həmin müddətin 2022-ci ilin noybarınadək uzadılması gözlənilir.

Teqlər: