NATO Baş katibi Yens Stoltenberq üzv ölkələrə məktub göndərərək, İsveçin noyabrın sonuna qədər bloka qəbul olunmasını tələb edib.
AzerTimes xəbər verir ki, bu barədə “Blumberq” yazıb.
Məlumata görə, Stoltenberq NATO xarici işlər nazirlərinin 28-29 noyabrda keçiriləcək iclasından əvvəl İsveçin alyansa qoşulmasının tərəfdarı olduğunu deyib.
“Şimali Avropanın ən böyük ölkəsinin NATO-ya daxil olması o deməkdir ki, Baltik dənizi ilə həmsərhəd olan 9 ölkədən 8-i blokda olacaq və yalnız Rusiya kənarda qalacaq”, – məlumatda qeyd olunub.
Qeyd edək ki, İsveçin NATO-ya qəbulu üçün bütün üzv ölkələrin mütləq razılıqları lazımdır. Dünən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlüyünün ratifikasiyası üçün sənədi imzalayaraq, parlamentə göndərib.
Sənəd Türkiyə Böyük Millət Məclisində hələ müzakirəyə çıxarılaraq, ratifikasiya olunmayıb.