Türkiyə Ermənistan üçün hava məkanını bağlayıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
“Ermənistanda “Nemezis” abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava məkanını bağladıq. Lazım olsa, başqa addımlar da ata bilərik”, – Çavuşoğlu bildirib.
Qeyd edək ki, “FlyOne Armenia” şirkətinin türkiyə üzərindən Avropaya uçuşları 29 apreldən dayandırılıb.