Türkiyə hakimiyyəti sənaye sektoruna birbaşa xarici sərmayə yatırmağı təşviq etmək niyyətindədir – Ərdoğan

Türkiyə iqtisadiyyatı inamlı artım nümayiş etdirir.

AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Nazirlər Kabinetinin iclasından sonra müraciətində bildirib.

Dövlət başçısı deyib ki, ötən il 93,3 milyard dollar olan Türkiyənin valyuta ehtiyatları, avqusutn 27-nə olan vəziyyətə görə 118 milyard dolları keçib.


Onun sözlərinə görə, hökumət bu il milli gəlirin 800 milyard dollardan çox artacağını və ölkənin Orta müddətli İnkişaf Proqramının son mərhələsinə qədər 1 trilyon dollara qədər artacağını gözləyir.

R.T.Ərdoğan qeyd edib ki, Türkiyə hakimiyyəti yüksək texnologiyalar sahəsində əsas kapitala və ölkənin sənaye sektoruna birbaşa xarici sərmayə yatırmağı təşviq etmək niyyətindədir.