Xəbər - Asif Mehman -Trend:
Türkiyə uzun illərdir Gürcüstanın bir nömrəli ticarət tərəfdaşıdır.
AzerTimes-ın məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə və Gürcüstanın xarici işlər nazirlərinin mətbuat konfransında deyib.
Nazir bildirib ki, hazırda Gürcüstanla ticarət dövriyəmiz 1.8 milyard dollardır:
“Əsas məqsədlərimizdən biri də iki ölkə arasında ticarət dövriyyəsini 3 milyard dollara çatdırmaqdır”.