Türkiyə Gürcüstanı regional əməkdaşlığın açarı hesab edir və Gürcüstan-Azərbaycan-Ermənistan da daxil olmaqla hər üçtərəfli formatı dəstəkləməyə hazır olduğunu bildirir.
AzerTimes-ın məlumatına görə, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Gürcüstan Baş naziri İrakli Qaribaşvili ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.
R.T.Ərdoğan qeyd edib ki, Türkiyə Gürcüstanı regional əməkdaşlıq üçün açar kimi görür:
“Biz inanırıq ki, bölgəmizdə əhəmiyyəti və barışı gücləndirəcək və artıracaq müxtəlif işlər görə bilməyə qadirik. Qeyd olunanların çərçivəsində Azərbaycanla üçtərəfli əməkdaşlıq çox vacibdir. Biz, Türkiyə, hər hansı üçtərəfli əməkdaşlığı dəstəkləyirik, istər Gürcüstan – Azərbaycan – Ermənistan və ya Gürcüstan – Azərbaycan – Türkiyə”.
Türkiyə lideri Gürcüstanın iştirakı ilə ən qısa müddətdə Ali Strateji Şuranın keçirilməsinə qərar verildiyini də bildirdi. Dəqiq tarix, hər iki ölkənin xarici işlər nazirliklərinin müvafiq işləri görməsindən sonra məlum olacaqdır.
Gürcüstanın Baş naziri öz növbəsində hər iki respublikanın daha çox birgə layihələr həyata keçirə biləcəyinə və əməkdaşlığı dərinləşdirəcəyinə ümidvar olduğunu bildirdi. İ.Qaribaşvili R.T.Ərdoğanı Tbilisiyə dəvət edib.