Türkiyə gimastları Bakıda keçirilən Dünya Kubokunda sinxron tullanma proqramında birinci yeri tutublar

Xəbər - Cani Babayeva – Trend:

Bakıda keçirilən batut gimnastikası üzrə Dünya Kubokunda
qadınlar arasında sinxron tullanma proqramında Türkiyə gimnastları
Sena Elçin Karakaş və Sıla Karakuş 44,140 xalla birinci yeri
tutublar.

AzerTimes-ın məlumatına görə, ikinci yeri Tea Lilyerut və Lina
Syoberq (İsveç, 42.030 xal), üçüncü yeri isə Meri Qolota və
Aleksandra Bonartseva (Rusiya, 32.790 xal) tutublar.

Qeyd edək ki, batut gimnastikası üzrə Dünya Kuboku fevralın
12-13-də Bakıda Milli Gimnastika Arenasında keçirilir. Azərbaycan
Gimnastika Federasiyasının 2022-ci ildə təşkil etdiyi ilk
beynəlxalq yarışlarda dünyanın 13 ölkəsindən 60-a yaxın idmançı
iştirak edir. Yarışlar Beynəlxalq Gimnastika Federasiyasının (FIG)
yeni qaydalarına uyğun keçirilir.


İki gün davam edəcək yarışın nəticələrinə əsasən, kişilər və
qadınlar arasında fərdi proqram və sinxron tullanmalar üzrə
qaliblər müəyyənləşəcək. Bundan əlavə, ənənəvi olaraq AGF Trophy
Kuboku təqdim olunacaq.

Yarışlar Azərbaycan Nazirlər Kabinetinin xüsusi icazəsi əsasında
və ölkədə qüvvədə olan karantin qaydalarına, sanitar-epidemioloji
tələblərə uyğun və tamaşaçıların iştirakı olmadan keçirilir.

Teqlər: