Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə Fələstində dinc sakinlərin müdafiəsnin təmin olunması üçün beynəlxalq qüvvələrin yaradılmasının tərəfdarıdır.
AzerTimes-ın məlumatına görə, bunu ölkənn xarici işlər naziri Mövlud Çavuşoğlu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) fövqəladə iclasında deyib.
O bildirib ki, Fələstin məsələsində birlik göstərməyin vaxtı çatıb:
“Beynəlxalq ictimaiyyət fələstinli dinc sakinlərin təhlükəsizliyinin təmin olunmasınaa məsuliyyət daşıyır, və bu məsuliyyətin böyük hissəsi İƏT-in üzərinə düşür. Biz Fələstin sakinlərini müdafiəsi üçün beynəlxalq mexanizmin yaradılması üzərində işləməliyik. Bu təşəbbüs maraqlı tərəflərin hərbi və maliyyə dəstəyinə malik olan beynəlxalq qüvvələrin yaradılmasına da əhatə etməlidir”.