Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir – Çavuşoğlu

Xəbər - Humay Ağacanova – Trend:

Türkiyə Prezidentinin Rəcəb Tayyib Ərdoğanın Azərbaycana son səfəri zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması məsələsini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla müzakirə etdik.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNN Türk” telekanalına müsahibəsində bildirib.

Nazir həmçinin qeyd edib ki, Türkiyə Ermənistanla münasibətlərin normallaşması məsələsində Azərbaycanla birgə hərəkət edir.

Teqlər: