Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması istiqamətində addımların müzakirəsi məqsədi daşıyan danışıqlar üçüncü ölkədə deyil, iki ölkədən birində aparılmalıdır.
AzerTimes-ın məlumaıtna görə, bu barədə diplomatik mənbələrə istinadən “Daily Sabah” qəzeti xəbər yayıb.
“Türkiyə danışıqların ilk raundu Moskvada keçirildikdən sonra ikinci raundun Yerevanda və ya Ankarada keçirilməsinə üstünlük verir”, – deyə mənbələr bildirib.