Türkiyə-Ermənistan sərhədində görüş baş tutdu

Türkiyə-Ermənistan sərhədində görüş baş tutdu

İrəvan və Ankara arasında münasibətlərin normallaşması prosesi üzrə xüsusi nümayəndələr – Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan və Sərdar Kılıç arasında görüş baş tutub.

AzerTimes xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ani Badalyan bildirib.

Görüş Ermənistan-Türkiyə sərhədində keçirilib.

Xatırladaq ki, bu formatda sonuncu görüş 2022-ci il iyulun 1-də Vyanada baş tutub.

Teqlər: