Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə 1915-ci il qondarma “erməni soyqırımı” ilə bağlı arxivlərin açılması məsələsini yenidən gündəmə gətirib.
AzerTimes-ın məlumatına görə, Türkiyədə “1915-ci il hadisələri beynəlxalq konfransı” adlı tədbir keçirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun bildirib ki, həmin hadisələri bir sıra dövlətlər öz maraqları çərçivəsində siyasiləşdirir.
O əlavə edib ki, Türkiyə dəfələrlə bu hadisələrin araşdırılması məqsədilə arxivlərin açılması üçün çağırışlar edib.
“Prezidentimizin də dəfələrlə səsləndirdiyi bu çağırışlar, arxivlərin açılması təklifi həqiqətə uyğun çağırışdır”.