ABŞ Türkiyənin əməliyyatı öncəsi PKK-ya ən böyük sursat partiyasını çatdırıb.
AzerTimes xəbər verir ki, bu barədə “Yeni Şəfəq” qəzeti məlumat yayıb.
“ABŞ Suriyada PKK-ya dəstəyini davam etdirir. 80 yük maşını ilə işğal altındakı bölgələrə sursat, silah və logistika materialları göndərilib”, –məlumatda qeyd edilib.
Hərbi karvan Suriya və İraq sərhədində yerləşən Əl-Valid keçid məntəqəsindən keçərək Təl-Baydar bazasına istiqamət alıb.