2021-ci ilin yanvar-avqust aylarında Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 49,8 faiz artaraq 1,857 milyard dollara bərabər olub.
Bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Avqust ayında Türkiyə 284,722 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2020-ci ilin avqustu ilə müqayisədə 60,5 faiz çoxdur.
Son 12 ay ərzində (avqust 2020 – avqust 2021) Türkiyə 2,896 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.
(Tərcümə: Orxan Nəbiyev)