Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması ilə bağlı müxtəlif beynəlxalq aktorların nikbin mesajları fonunda Türkiyə xatırladır ki, bu, həm də Zəngəzur dəhlizi ilə bağlı razılaşmanı nəzərdə tutur.
AzerTimes Globalinfo.az-a istinadla xəbər verir ki, bunu erməni deputat Tiqran Abramyan yazıb.
“Danışıqlar prosesi ilə bağlı Qərbdən səslənən müsbət gözləntilərin əsasında Ermənistanın güzəştləri, ABŞ-ın təzyiqləri var? Son 6 ildə kənardan nə qədər çox müsbət gözləntilər olursa, Ermənistan və erməni xalqı bir o qədər çox itirməkdə davam edir”, – Abramyan bildirib.