Biz bu gün Rusiya ilə Ukrayna arasında balanslı siyasət aparır, hər iki ölkə ilə dialoqu davam etdiririk.
AzerTimes xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu jurnalistlərə açıqlamasında deyib.
“Biz Krımın ilhaqını tanımadığımızı Rusiya bəyan etmişik və bəyan etməkdə davam edirik . Biz Ukrayna ərazisində keçirilən “referendum”un nəticələrini də tanımırıq”, – Çavuşoğlu bildirib.