Türkiyə daha 4 vilayətdə neft axtarışlarına başlayır

Türkiyə daha 4 vilayətdə neft axtarışlarına başlayır

Türkiyənin TPAO şirkətinə (Türkiyə Petrolları Anonim Ortaqlığı) Siirt, Şırnak, Amasya və Samsun vilayətlərində neft axtarışlarına başlaması üçün lisenziya verilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən və Neft İşləri Baş İdarəsi müvafiq qərar qəbul edib.

Qərara əsasən, şirkət 5 il müddətində sözügedən vilayətlərdə müəyyən edilən 5 yataqda neft axtarışları ilə bağlı işlərə başlayacaq.

Teqlər: