Türkiyənin xüsusi təyinatlı sualtı qayıqları ölkənin şimalında Zonquldağ vilayətində çimərlik yaxınlığında dəniz minasını zərərsizləşdirib.
AzerTimes xəbər verir ki, bu barədə DHA agentliyi məlumat yayıb.
Məlumata görə, minanın aşkarlanması ilə əlaqədar səlahiyyətlilər çimərliyi müvəqqəti olaraq əhali üçün bağlayıb.
Qeyd olunur ki, mina şənbə günü axşam yerli sakinlər tərəfindən aşkar edilib. Əhalinin çimərliyə girişi yalnız bazar günü günortadan sonra bərpa edilib.