Türkiyənin daxili işlər naziri Əli Yerliqaya Türkiyənin çimərliklərində tapılan meyitlərin şəxsiyyətini müəyyənləşdirmək üçün səylərin davam etdiyini və onlardan biri istisna olmaqla, hamısının qeyri-qanuni miqrant ola biləcəyini söyləyib.
AzerTimes Globalinfo.az-a istinadən xəbər verir ki, nazir bu barədə “X” sosial şəbəkəsində yazıb.
Yerliqaya bildirib ki, meyitlərdən biri iki həftə əvvəl itkin düşən tələbə Merve Almasa aid ola bilər, lakin bu, DNT analizinin nəticələri ortaya çıxandan sonra məlum olacaq.
Nazirin sözlərinə görə, qalan meyitlər, çox güman ki, dekabrda Kiprə doğru hərəkət edərkən qəzaya uğrayan 90 qeyri-qanuni miqrantın olduğu qayığın sərnişinlərinə aiddir.
Qeyd edək ki, ötən həftədən bəri Antalya vilayətində çimərliklərdə ən azı 8 meyit tapılıb, daha bir meyit isə Muğla vilayətinin sahillərində sular altında qalıb.