Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?

Türkiyə cevriliş təhlükəsi ilə çalxalanır: Engin Dinç kimdir?

“Ayhan Bora Kaplan” istintaqı çərçivəsində Ankara polisində 3 yüksək rütbəli polis məmurunun vəzifədən uzaqlaşdırılmasının ardından bütün gözlər Ankara Polis İdarəsinin rəisi Engin Dinçə çevrilib.

AzerTimes xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumata görə, istintaq çərçivəsində Engin Dinçin də vəzifəsindən uzaqlaşdırılacağı iddia olunur.

Qeyd edək ki, 1 avqust 2023-cü ildə imzalanmış fərmanla Ankara Polis İdarəsinin rəisi vəzifəsinə təyin olunan E.Dinç əvvəllər Kəşfiyyat Şöbəsinin rəisi, Əskişəhər polis rəisi və daha sonra isə Konya Polis İdarəsinin rəisi vəzifələrində çalışıb.

Bundan başqa, Hrant Dink cinayətində mühakimə olunduğu bilinən Dinç Ankara Vağzalında partlayış baş verən zaman Kəşfiyyat İdarəsinin rəisi olub.

E.Dinç Əskişəhərdə polis rəisi çalışdığı müddətdə bir akademikin qətli ilə yenidən gündəmə gəlib. Həmçinin Dinç Konyada polis rəisi vəzifəsində çalışdığı müddətdə bir kürd ailəyə hücum edilmiş, 3-ü qadın olmaqla, 7 nəfər həyatını itirmişdi.

Əlavə edək ki, E.Dinç müxtəlif dövrlərdə ABŞ, Bosniya və Herseqovina və Kosovada xidmət edib.

Xatırladaq ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan türk millətçilərinin lideri Dövlət Baxçalının dövlət çevrilişinə cəhd ehtimalı ilə bağlı bəyanatından sonra Türkiyə xüsusi xidmət orqanlarının rəhbərliyi ilə təcili görüş keçirib.

Teqlər: