Türkiyə Cenevrədə terrorçuların nümayəndəliyinin açılmasını pisləyib

İsveçrənin müvəqqəti işlər vəkili Cenevrədə YPG terror təşkilatının (PKK-nın Suriya qolu) nəzarətində olan bir strukturun nümayəndəliyinin açılmasına etiraz olaraq Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.

AzerTimes-ın “Anadolu”ya istinadən verdiyi məlumata görə, “Suriyanın Şimal və Şərqi Muxtar Administrasiyası” adlandırılan təşkilat PKK/YPG terror təşkilatı ilə birbaşa əlaqəlidir:

“Rəsmi Ankaranın bu mövzuda konkret mövqeyi isveçrəli diplomatın diqqətinə çatdırılıb. Türkiyə bu mövzuda açıqlama gözləyir. İsveçrə hakimiyyəti qanlı terror təşkilatlarının təbliğatının və qanuniləşdirilməsi cəhdlərinin heç bir təzahürünə yol verməməlidir”.

Qeyd edilir ki, terror təşkilatları arasında fərq qoymaq yolverilməzdir: “Terrorçulara himayədarlıq edən qüvvələr, bu qanlı təşkilatların onları təhdid etmədiyini əsas gətirərək, səhv siyasətlərinin nəticələri ilə üzləşdikdə çox peşman olacaqlar. Türkiyə Avropa İttifaqının özünündə terror təşkilatı olaraq tanıdığı PKK və onunla əlaqəli təşkilatlara qarşı mübarizəni qətiyyətlə davam etdirəcək”.

Teqlər: