Türkiyə 27 ildən sonra ilk dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində təmsil olunmayacaq.
AzerTimes xəbər verir ki, buna “Trabzonspor”un pley-off mərhələsinin cavab oyununda evdə Danimarka “Kopenhagen”i ilə qolsuz heç-heçə edərək, mübarizəni dayandırması səbəb olub. Qara dəniz təmsilçisi səfərdəki ilk matçda rəqibinə 1:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, sonuncu dəfə 1995/1996 mövsümündə Çempionlar Liqasının qrupunda Türkiyə təmsilçisi yer almayıb. Bu hal ümumilikdə isə 3 dəfə baş verib. 1992/1993 mövsümündə də Türkiyənin heç bir klubu qrupa düşə bilməyib.