Finlandiya və İsveç ABŞ-ın köməyinə arxalanaraq, öz mövqelərini dəyişməməkdə israr edir.
AzerTimes xəbər verir ki, bu sözləri rusiyalı ekspert Oleq Quşin Finlandiya və İsveçi Ankara qarşısında öhdəliklərindən yayınması haqda danışarkən deyib.
“Ərdoğan öz dövlətinin gücünü və əhəmiyyətini yaxşı bilir. Türkiyə NATO-nun ikinci ən böyük ordusuna malikdir. Ölkənin beynəlxalq münasibətlərdə siyasi rolu da durmadan artır. Türkiyə böyük tarixə və imperiya irsinə sahib müstəqil və ciddi dövlətdir. Bu səbəbdən Türkiyə haqlı olaraq özünə, maraqlarına və mövqeyinə qarşı hörmət tələb edir. Şimali Atlantika Alyansına və NATO-ya qoşulmaq istəyən bütün ölkələr bunu nəzərə almalıdırlar”, – Quşib qeyd edib.
Ekspert həmçinin bildirib ki, İsveç və Finlandiya ABŞ-ın köməyinə arxalanaraq öz mövqelərindən dönməməyə davam edəcək.