Xəbər - Orxan Nəbiyev – Trend:
Türkiyə bundan sonra da hər zaman Azərbaycanın yanında olacaq.
Bunu Trend-ə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mətbuat katibi Ömər Çelik deyib.
O, bir neçə gün əvvəl Şuşa şəhərinə səfər etməkdən böyük sevinc hissi duyduğunu bildirib:
“Şuşa kimi tarixi türk şəhərində, türk dünyasının qəlbinin döyündüyü bir yerdə olmaq bizim üçün çox sevindirici idi. Orada çox önəmli detalı qeyd etmək lazımdır. Ermənistanın işğalından sonra bu haqsız işğalı qeyd etdikləri yerdə indi iki prezidentin iştirakı ilə zəfər qeyd olundu”.