Türkiyə bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq – Mustafa Şentop

Xəbər - Elçin Mehdiyev – Trend:

Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşlarının yanında olacaq.

AzerTimes-ın məlumatına görə, bunu Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop TBMM-də Xocalı soyqırımı ilə bağlı anım mərasimində deyib.

O qeyd edib ki, Türkiyə təkcə bir qardaş kimi deyil, eyni zamanda haqlı olduğu üçün Azərbaycanın yanındadır.

M.Şentop 44 günlük Vətən müharubəsi haqqında danışaraq Azərbaycan xalqının böyük qəhrəmanlıq göstərdiyini vurğulayıb. O qeyd edib ki, bu Vətən müharibəsində qələbə ermənilərin Azərbaycan xalqına vurduğu yaralara bir qədər də olsa məlhəm sürə bildi.

Teqlər: