Türkiyə bundan əslə çəkinməyəcək – Fidan

Türkiyə bundan əslə çəkinməyəcək – Fidan

Türkiyə qlobal haqsızlıqlara və səhvlərə qarşı səsini qaldırmaqdan, həqiqəti müdafiə etməkdən əsla çəkinməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan Yeni illə bağlı sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, indi beynəlxalq siyasi sistemdə qeyri-müəyyənliklər, sabitsizliklər hökm sürür:

“Belə bir vaxtda Prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə həyata keçirdiyimiz xarici siyasət kursu nəticəsində Türkiyə mühüm regionlarda əhəmiyyətli aktora çevrilib. 2024-cü ildə də əxlaqi dəyərlərə bağlı, rasional və təsirli xarici siyasətimizi davam etdirəcəyik”.

Teqlər: