Türkiyə bu təşkilata üzv olur – ABŞ narazı qalacaq

Türkiyə bu təşkilata üzv olur – ABŞ narazı qalacaq

“Əlbəttə, biz BRİKS-ə üzv olmaq istərdik. Gəlin, görək bu il hər şey necə olacaq”, – deyən Türkiyənin xarici işlər naziri Hakan Fidan təşkilatın xarici işlər nazirlərinin Nijni Novqorodda iyunda keçirilməsi planlaşdırılan görüşündə iştirak etmək niyyətində olduğunu bildirib. Türkiyənin BRİKS-ə qoşulmaq istəyinin arxasında nə dayanır?

AzerTimes xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.

Onun fikrincə, BRİCS üzvləri Türkiyənin təşkilata qoşulmasına etiraz etməyəcəklər:

“Bölgədə əhəmiyyətli rola malik Türkiyənin BRİKS-ə üzvlüyü təşkilatın gücünü artıracaq. Vaşinqton və Brüssel Ankaranın qərarından narazı qalacaqlar, ancaq özlərindən küssünlər. Türkiyə AB-yə üzvlüyə qəbul olunsaydı, Ankaranın başqa təşkilatlara üzv olmasına ehtiyac qalmazdı. Türkiyə xarici siyasətini şaxələndirməyə çalışır”.

Politoloq bildirib ki, BRİKS-ə üzvlük Türkiyənin Qərblə əməkdaşlıqdan imtina etməsi anlamına gəlmir:

“Aydındır ki, BRİKS üzvlərindən Rusiya və Çin təşkilat çərçivəsində ABŞ və Avropa ilə mübarizə aparmaq istəyirlər. Ancaq BRİKS-in digər üzvləri olan Hindistan, Cənubi Afrika Respublikası və Braziliya Moskva və Pekinin siyasətindən asılı deyillər, Vaşinqton və Brüssellə əməkdaşlığa davam edirlər. Eyni ilə Türkiyə də BRİKS çərçivəsində çoxtərəfli xarici siyasətində manevr imkanlarını artırmağa çalışacaq”.

Teqlər: