BRİKS (Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika Respublikası) təşkilatına daha beş dövlət qoşula bilər.
AzerTimes xəbər verir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Məlumata görə, qrupa Argentina və İrandan başqa Səudiyyə Ərəbistanı, Türkiyə və Misir də qoşula bilər.
“Bütün bu ölkələr üzv olmaqda maraqlı olduqlarını nümayiş etdiriblər və üzvlük üçün müraciət etməyə hazırlaşırlar. Hesab edirəm ki, bu, yaxşı addımdır, çünki genişlənmə həmişə müsbət qəbul edilir, bu, BRİKS-in bütün dünyada təsirini açıq şəkildə artıracaq”, – BRİKS Beynəlxalq Forumunun prezidenti Purnimu Anand məlumatı təsdiqləyib.