Türkiyə energetika sahəsində ən etibarlı tərəfdaşdır.
AzerTimes xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalında yayımlanan “Moskva. Kreml. Putin” verilişində deyib.
Onun sözlərinə görə, Almaniyanın Rusiya yanacağından qismən imtina etməsindən sonra Türkiyə bu sektorda ən etibarlı tərəfdaşa çevrilib.
“Almaniya daxili siyasi mübarizə ilə məşğuldur, onların siyasətinin iqtisadiyyata ziyan vurduğu göz qabağındadır”, – Putin bildirib.