Türkiyə bu regiona girir – Makron narahatdır

Türkiyə bu regiona girir – Makron narahatdır

Fransa son illərdə Afrikada Türkiyə, Rusiya və Çinin fəallaşmasını öz siyasətinə təhlükə olaraq görür.

AzerTimes xəbər verir ki, bunu türkiyəli ekspert Yıldırım Çinar deyib.

“Region dövlətləri ilə ikili və çoxtərəfli münasibətlərin inkişaf etdirilməsi Fransa siyasətinə böyük zərbə vurmaq potensialına malikdir. Makronun əcdadlarının Əlcəzairdə əkdiyi müstəmləkə toxumlarının bəhrəsini biçmək üçün ölkəyə qarşı neokolonial danışıqları davam etdirəcəyi bir həqiqətdir. Türkiyənin xarici siyasət nümayəndələri də Fransa, Şimali Afrika və hətta Cənubi Afrikayla bağlı qərarlarında çox diqqətli olmalıdır”, – o bildirib.

Ekspertin fikrincə, Afrika ölkələri siyasi cəhətdən müstəqil olsa belə, hələ də sosial-iqtisadi baxımdan azad deyil:

“Buna görə, Fransanın bir çox keçmiş müstəmləkələri Parisin qitə ilə bağlı neokolonial siyasətinə zaman ötdükcə daha çox reaksiya verməyə başladılar. Bu reaksiyalar xüsusilə Makron dövründə daha çox özünü büruzə verməyə başladı. Həmçinin, Makronun Afrikaya qarşı aqressiv siyasəti əks nəticə verdi. Bu isə bilavasitə Fransanın xarici siyasətinə mənfi təsir göstərib”.

Teqlər: