PKK-nın iyunun 11-də Suriya ərazisində planlaşdırdığı seçkilər Türkiyənin mövqeyi səbəbindən təxirə salınıb.
AzerTimes xəbər verir ki, bunu Türkiyənn “Hürriyət” qəzetinin yazarı Abdulqadir Selvi yazıb.
“PKK terror təşkilatı Suriya ərazisinin bir hissəsində seçki keçirəcəyini və muxtar administrasiya elan edəcəyini bəyan etsə də, Suriya dövləti səsini çıxarmayıb. Sanki başqa ölkədə seçkilər keçiriləcək. Suriyanın hamisi Rusiya da, “Tehranın müdafiəsi Dəməşqdən başlayır” deyən İran da susdu. Yalnız Türkiyə etiraz etdi”, – yazar bildirib.
Selvi qeyd edib ki, Türkiyə seçkilər təxirə salınsa da, təhlükənin fərqindədir:
“Bu səbəbdən Suriyada bizi qaynar yay gözləyir. Türkiyə regionun aktorları ilə birlikdə avqust ayındakı seçkiləri ləğv etməyi bacarmasa, hərbi əməliyyat seçimi gündəmə gələ bilər”.