Türkiyə Bosniya və Herseqovina ilə viza rejimini sadələşdirir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Sarayevoda mətbuat konfransında deyib.
Onun sözlərinə görə, iki ölkə vətəndaşları şəxsiyyət vəsiqələri əsasında qarşılıqlı səfərlər edə biləcəklər.
O bildirib ki, Türkiyə və Bosniya və Herseqovinanın xarici işlər nazirliklərinə müvafiq tapşırıqlar verilib.
Ərdoğanın sözlərinə görə, oxşar razılaşmanın sentyabrın 7-də Serbiya ilə də bağlanması planlaşdırılır.