Türkiyə bu ölkə ilə siyasi məsləhətləşmələr aparacaq

Türkiyə bu ölkə ilə siyasi məsləhətləşmələr aparacaq

İyulun 7-də Türkiyə və Lüksemburq arasında siyasi məsləhətləşmələr keçiriləcək.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Türkiyə xarici işlər nazirinin müavini və Avropa Birliyi məsələləri üzrə səfir Faruk Kaymakcı iyulun 7-də Lüksemburqa səfər edəcək. O, səfər çərçivəsində Lüksemburq rəsmiləri ilə görüşəcək, iki ölkə arasında münasibətlərin bütün aspektlərini müzakirə edəcək.

Teqlər: