Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri müdafiə və təhlükəsizlik sahələrində, eləcə də hərbi-sənaye kompleksi xətti ilə əməkdaşlığı gücləndirəcək.
AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Səudiyyəyə səfərinin yekunlarına dair birgə bəyanatda bildirilib.
“Müdafiə və təhlükəsizlik sahələrinə gəldikdə, hər iki tərəf müdafiə və hərbi-sənaye kompleksində əməkdaşlıq və koordinasiyanı gücləndirmək, həmçinin imzalanmış müvafiq sazişləri aktivləşdirmək əzmində olduqlarını bildiriblər”, – bəyanatda qeyd olunub.