Qara dənizə giriş qaydaları Pentaqon tərəfindən dəyişdirilə bilməz.
AzerTimes xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Türkiyəli həmkarlarımız bizə dəfələrlə Montrö konvensiyası mirasının əmanətçiləri olaraq bu sazişin öhdəliklərinə sıx bağlı olacaqlarını söyləyiblər. ABŞ müdafiə naziri Lloyd Ostin işinə qayıdıb və görünür, bu anda aktiv olmalarının səbəbi də budur. Uğurlu olacaqlarını düşünmürəm”, – deyə Lavrov jurnalistin sualına cavabında bildirib.
Qeyd edək ki, bir müddət əvvəl Pentaqon rəhbərinin beynəlxalq təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Selest Uollander ABŞ-ın Qara dənizdə naviqasiya ilə bağlı Türkiyə ilə birlikdə çalışmaq niyyətində olduğunu bildirmişdi.