Türkiyə-Rusiya münasibətləri köklü bir tarixə malikdir və son dərəcə realistdir.
AzerTimes xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyası Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun “Türkiyə hərbi əməliyyatı Rusiyanın razılığı və dəstəyi olmadan başlaya bilərmi” sualına cavabında deyib.
“Hesab edirik ki, terrorizmlə mübarizə regionda sülh və sabitlik istəyən bütün dövlətlərin ortaq məxrəcidir. Cənab Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə öz maraqlarını ön plana çıxaran, lazım bildiyində öz göbəyini özü kəsən bir dövlətə çevrilib. Son illər hamı bunun şahidi olub. Təbii ki, müvafiq dövlətlər arasında müəyyən fikir mübadiləsi aparılır. Ancaq Türkiyənin atacağı addım heç kimin icazəsi və ya razılığına tabe deyil”, – Altun vurğulayıb.