Türkiyə bu bayramların keçirilməsinə qadağa qoydu

Türkiyə bu bayramların keçirilməsinə qadağa qoydu

Türkiyədə özəl məktəblərdə Hellouin və Sevgililər Gününün qeyd edilməsi qadağan edilib.

AzerTimes xəbər verir ki, bu barədə Türkiyə Təhsil Nazirliyi məlumat yayıb.

“Özəl məktəblərdə türk millətinin milli, əxlaqi, humanitar, mənəvi və mədəni dəyərlərinə zidd olan, şagirdlərin psixo-sosial inkişafına töhfə verməyən tədbir və şənliklərin keçirilməsi qadağandır”, – məlumatda deyilir.

Qeyd olunur ki, özəl təhsil müəssisələri haqqında əsasnaməyə müvafiq dəyişiklik edilib:

“Bundan sonra Türkiyədə özəl məktəblərdə Hellouin, Sevgililər Günü, Milad və s. ilə əlaqədar bayram tədbirləri keçirilməyəcək”.

Teqlər: